Avro2016-nın seçmə mərhələsində Azərbaycan Premyer Liqasında fasilə buraxılan "Kəpəz”də istirahət başa çatıb.
Newsport.az-ın məlumatına görə, komanda bu gündən etibarən məşqlərə start verəcək. Belə ki, komanda saat 15:45-də məşqə çıxacaq. Gəncə təmsilçisi fasilədə yoxlama matçı keçirməyi də planlaşdırır. Belə ki, Şahin Diniyev komandasının gücünü "İnter”lə yoxlama matçında yoxlayacaq. Matç oktyabr ayının 10-da baş tutacaq.
Qeyd edək ki, "Kəpəz” Azərbaycan Premyer Liqasının VIII turunda "Rəvan”la qarşılaşacaq.