Bu gün "Sumqayıt" klubunda Müşahidə Şurasının iclası keçirilib.
Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, iclasda komandanın baş məşqçisi Aqil Məmmədovun istefa ərizəsinə baxılıb.
Müşahidə Şurası Aqil Məmmədovun istefa ərizəsini qəbul edib. Şura üzvləri iclasda Aqil Məmmədova minnətdarlığını bildirərək ona gələcək karyerasında uğurlar arzulayıb.
Müşahidə Şurasının iclasında qərardan irəli gələn növbəti vacib məsələ isə komandanın baş məşqçi vəzifəsinə namizədlərin müzakirəsi və seçilməsi olub. Çıxarılan qərara əsasən əsas komanda 2015/2016 mövsümünün sonuna qədər Samir Abasova həvalə edilib, eyni zamanda adıçəkilən mütəxəssisə məşqçilər korpusunun formalaşdırılması tapşırığı verilib.