"Fənərbaxça" "Qarabağ"ın futbolçusu üçün Bakıya gəldi

Türkiyənin “Fənərbaxça" klubu “Qarabağ”ın futbolçusunu transfer etmək istəyir.

Newsport.az "Fotospor"a istinadən xəbər verir ki, Türkiyə nəhəngi Ağdam təmsilçisinin hücumçusu Juninyonu yaxından izləyir.

Türkiyə mətbuatının yazdığına görə, İstanbul klubunun skautları Juninyo üçün Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ” - “Braqa” görüşündə stadionda olublar.

Qeyd edək ki, 27 yaşlı forvard 2023-cü il "Çaveş"dən "Qarabağ"a keçib. Onun Azərbaycan çempionu ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right