“Neftçi”nin müdafiəçisinə Rusiyadan təklif

“Neftçi” mövsümün sonunda müdafiəçisi Mark Tamaşla yollarını ayıra bilər. Newsport.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilib ki, macarıstanlı futbolçu Rusiya Premyer Liqasının 2 klubunun transfer gündəminə düşüb. Adları açıqlanmayan komandaların mövsümün sonunda 30 yaşlı mərkəz müdafiəçisi ilə güclənməyə çalışacaqları qeyd olunub.

Qeyd edək ki, ötən ilin yayında əvvəlki baş məşqçi Adrian Mutunun istəyi ilə Rumıniya klubu “Sepsi”dən alınan Tamaşın “Neftçi” ilə müqaviləsi gələn ilin yayına qədərdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right