Juninyo Avropanın ən məhsuldar braziliyalıları arasında

Avropada bu mövsüm ölkə birinciliklərində ən çox qol vuran braziliyalı futbolçular müəyyənləşib. Newsport.az xəbər verir ki, “Qarabağ”ın hücumçusu Olavio Juninyo da siyahıya düşüb.

27 yaşlı forvard vurduğu 15 qolla ən məhsuldar 3-cü “sambaçı”dı. O, yalnız “Brügge”dəki həmyerlisi İqor Tiaqo və “Partizan”lı Mateus Saldanyadan geri qalır. Tiaqo cari mövsüm Belçika çempionatında 16, sabiq “Neftçi”li Saldanya isə 15 dəfə fərqlənib.

Çempionatların reytinqinə görə Saldanya Juninyodan öndədi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right