Azərbaycan kubokunun finalı bu stadionda keçiriləcək

2023/2024 mövsümündə Azərbaycan kubokunun finalının harada keçiriləcəyi bəlli olub.

Newsport.az xəbər verir ki, turnirin həlledici görüşü təmirdən yeni çıxmış “Mehdi Hüseynzadə” adına stadionda keçiriləcək.

Final iyunun 2-də baş tutacaq. Qeyd edək ki, ötən mövsüm ölkə kubokunun final matçının məhz bu arenada keçiriləcəyi gözlənilsə də, sonradan oyun “Neftçi Arena”ya keçirilmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right