Zubir uğrunda mübarizənin favoriti

“Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubir uğrunda mübarizə qızışır. Newsport.az saytının “L’Equipe” nəşrinə istinadən məlumatına görə, “Seltik” yayda onu heyətinə qatmaq uğrunda mübarizədə favoritdi.

Şotlandiya nəhənginin baş məşqçisi Brendan Rocers yayda onun alınmasında maraqlıdı. Bu transfer azarkeş üçün cəlbedici görünməyə bilər. Lakin çalışdırıcının fikrincə, fransalı futbolçu komandanın hücum gücünü artıracaq, alternativlik baxımından əlavə üstünlük gətirəcək.

Zubir həmçinin “Auqsburq” və Fransa Liqa 1-nin bir komandasının da diqqət mərkəzindədi. 32 yaşlı futbolçunun yayda yeni kluba keçməyə müsbət baxması gözlənilir.

Qeyd edək ki, Abdullah Zubir 2018-ci ildən “Qarabağ”ın formasını geyinir. Onun Ağdam klubu ilə müqaviləsi mövsümün sonuna qədərdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right