Yığmamız Rusiyaya məğlub oldu

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskdə təşkil olunan beynəlxalq turnirdə növbəti oyununu keçirib. Newsport.az xəbər verir ki, yığmamız ikinci görüşündə Rusiya ilə qarşılaşıb.

Oyun Rusiyanın müvafiq yaş qrupunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimiz turnirdə növbəti matçını fevralın 22-də Özbəkistanın U-18 komandasına qarşı keçirəcək.

Qeyd edək ki, U-17 turnir çərçivəsindəki ilk oyununda meydan sahibi Belarusa 0:2 hesabı ilə uduzmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right