Mübariz Mənsimov "Xəzər Lənkəran"a nə qədər vəsait ayıracaq?

Yaxın günlərdə "Xəzər Lənkəran" Mərkəzi Stadionunda yenidənqurma başlayacaq.

Newsport.az-ın məlumatına görə, bir müddət əvvəl təmirə bağlanan arenada kompleks işlər görüləcək.

Mübariz Mənsimov bununla bağlı tədbirlər planının işlənməsini tapşırıb. Mütəxəssislər bura baş çəkərək son vəziyyəti incələyəcək, hesabat hazırlayacaq, yekunda da ssmeta tutulacaq.

Hesablamaya görə, yenidənqurma 2 milyon manatdan çox vəsait aparacaq.

Niyə belə çox? Eyniadlı klubun 2016-cı ildə fəaliyyətini dayandırmasından sonra stadionun saxlanılmasına ciddi məbləğ sərf olunmayıb.

İşçi personalının əməkhaqqısı ödənilməyib, digər xərclər qarşılanmayıb. Olan-qalan əmlak isə demək olar tar-mar edilib.

"Xəzər Lənkəran"ın prezidenti Mais Mənsimov burada pula gələn nə varsa, hamısını satıb. Özü də dəyər-dəyməzinə.

Hazanın yeməkxanasında gözünə dəyən ət maşınını belə, ortalıqdan yox edib. Hətta son vaxtlara kimi stadionu yerli-dibli satmaq fikrində olub.

Bir neçə müştəri də tapıb, lakin sənədləşmə ilə bağlı yaranan suallar alqı-satqının baş tutmasını əngəlləyib.

Probdem budur - saxtakarlıq. Demə, Mais Mənsimov qardaşından xəbərsiz arenanı öz mülkiyyətinə keçirib.

Bu hadisə Mübariz Mənsimovun Türkiyədə həbsə düşdüyü 1 il ərzində yaşanıb. İnişil "dəmir barmaqlıqlar" arasından çıxan iş adamı olaydan xeyli sonra xəbər tutub.

Stadionun ona məxsus şirkətə qaytarılması istiqamətində konkret addımlar atıb. Proses bir neçə çəkib, nəhayət, o, istəyinə çatıb.

"Xəzər Lənkəran" Mərkəzi Stadionunun tikintisinə 2004-cü ildə başlanıb. İki il sonra rəsmi açılış mərasimi keçirilib.

15 min nəfərdən artıq tutumu olan arenanın inşaatına 20 milyon manata yaxın vəsaitin sərf edilməsi barədə iddialar mövcuddur.

Sportinfo.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right