Millimizin "Avro-2016"nın seçmə mərhələsindəki oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən "İnter" və "Kəpəz" maksimum yararlanmağa çalışır.
Newsport.az-ın məlumatına görə, məhz buna görə də, adı çəkilən komandalar bir-biriləri ilə yoxlama matçında üz-üzə gələcəklər.
Qarşılaşma oktyabrın 10-da keçiriləcək.
Qeyd edək ki, cari mövsüm Premyer Liqada bu komandalar arasında keçirilən oyun 1:0 hesabı ilə "İnter"in xeyrinə başa çatıb.