UEFA "Qarabağ"dan yazdı "Möhtəşəm performans göstərdilər"

UEFA-nın rəsmi saytı "Qarabağ" haqda yazıb.

Newsport.az xəbər verir ki, yazıda Azərbaycan təmsilçisinin "Braqa" ilə səfər matçında möhtəşəm performans göstərdiyi qeyd olunub:

"Qarabağ"ın arzusu davam edir

“Qarabağ” 8-ci cəhdində bu mövsüm Avropa Liqasının qrup mərhələsini ilk iki pillədə başa vurdu və ilk pley-off matçı heç vaxt təsəvvür edə bilməyəcəyi qədər yaxşı keçdi. Çünki onlar "Braqa"ya qalib gəlmək üçün möhtəşəm performans göstərdilər və Portuqaliyada 4:2 hesablı qələbə qazandılar.

Azərbaycanda cavab oyununda onların görəcəyi çox iş var. "Atlılar" klub tarixində ilk dəfə 1/8 final mərhələdinə yüksəlmək arzusundadır. Komandanın baş məşqçisi Qurban Qurbanov xəbərdarlıq edib: “Biz arxayın olmamalıyıq, cavab oyununa çox ciddi yanaşmalıyıq”. "Braqa kimi komandalar nəticəni çox tez öz xeyrinə çevirə bilər".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right