Azərbaycanlı futbolçunun baş məşqçisi istefaya göndərilib

Azərbaycanlı futbolçu Ramil Şeydayevin Türkiyənin “Kocaelispor” klubundakı baş məşqçisi Ərtuğrul Sağlam istefaya göndərilib.

Newsport.az xəbər verir ki, bu barədə I Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, qarşılıqlı razılıqla 54 yaşlı mütəxəssislə yollar ayrılıb. Təcrübəli çalışdırıcının istefasına səbəb komandanın son vaxtlar uğursuz nəticələr göstərməsidir.

Qeyd edək ki, “Kocaelispor” 23 turdan sonra 43 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right