Premyer Liqada 3 cəzalı

Azərbaycan Premyer Liqasının XXIII turu 3 futbolçunun cəzalı duruma düşməsinə səbəb olub. Newsport.az xəbər verir ki, onlardan ikisi cari mövsümdə 4-cü, biri isə 8-ci sarı vərəqəni alıb.

“Səbail” - “Araz-Naxçıvan” (2:2) matçında 2 oyunçu limiti aşıb. “Səbail”də Adi Mehremiç, “Araz-Naxçıvan”da isə İqor Ribeyro cəzalı duruma düşüb. Mehremiç mövsümdə 8-ci, Ribeyro 4-cü “sarı”sını alıb. Birinci “Sabah”la, ikinci isə “Zirə” ilə görüşü buraxacaq.

“Sumqayıt”da isə Tresor Mossi bu durumla üzləşib. “Turan Tovuz”la qarşılaşmada (0:0) ümumi sayı vərəqə sayını 4-ə çatdıran Mossi “Qarabağ”la oyunda olmayacaq.

Qeyd edək ki, XXIV turun qarşılaşmaları martın 1-3-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right