“Braqa”nın baş məşqçisi: “Qarabağ”ı keçmək üçün son dəqiqəyə qədər mübarizə aparacağıq

“Qarabağ”ı keçmək üçün son dəqiqəyə qədər mübarizə aparacağıq.

Newsport.az-ın məlumatına görə, bunu Portuqaliyanın “Braqa” klubunun baş məşqçisi Artur Jorje UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la keçiriləcək cavab oyunu barədə danışarkən deyib.

52 yaşlı mütəxəssis ilk görüşdə qydə alınan 2:4 hesablı məğlubiyyətə baxmayaraq, Bakıda bunun əvəzini çıxacaqlarına inanır: “Çempionatda “Farense” üzərində qələbə inam və motivasiyanı artırmaq üçün vacib idi. Artıq diqqətimizi “Qarabağ”la qarşılaşmaya yönəltmişik. Məqsədimiz mərhələ adlamaq olacaq”.

Qeyd edək ki, “Qarabağ”la “Braqa” arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right