“Sumqayıt” Azərbaycan çempionatlarında 50-ci ev heç-heçəsinə imza atıb

“Sumqayıt” Azərbaycan çempionatlarında 50-ci ev heç-heçəsinə imza atıb.

Newsport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının XXIII turuna təsadüf edib.

Samir Abasovun yetirmələri “Turan Tovuz”la qolsuz “sülh”ə nail olublar. “Gənclik şəhəri” təmsilçisi ölkə çempionatlarının 32 illik tarixinə öz meydanında 50 və daha çox heç-heçə edən 8-ci komanda kimi düşüb.

2011/2012 mövsümündən Premyer Liqada çıxış edən “Sumqayıt”ın yubiley heç-heçəsi evdəki 193-cü matça təsadüf edib. Sumqayıtlıların ilk belə bərabərliyi isə 2011-ci il sentyabrın 11-də qeydə alınıb. “Qarabağ”la ev qarşılaşması qolsuz başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right