Karaman Şahruddinin səhvindən və onu əvəzləməsindən danışdı

"İki qol buraxan və ruhdan düşən dostumuz var idi. Belə hallar ola bilər. O da bizim oyunçumuzdur. Problem yoxdur".

Newsport.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi "Adana Demirspor"un baş məşqçisi Hikmət Karaman Superliqanın son turunda "Alanyaspor"la oyundan (3:3) sonra mətbuat konfransında deyib.

O, 2-ci qolda kobud səhvə yol verən Şahruddini fasilədən sonra əvəzləməsinə münasibət bildirib: "Hamı bilir ki, fərdi səhvin qarşısını baş məşqçi ala bilməz. Bu cür səhvlərdə oyunçu dəyişikliyi etmək də asan deyil. Qapıçı səhv edə bilər. Futbolda belə şeylər olur. Nəhayət fasilədə qapıçı məşqçimizlə də danışdım və o riski edərək dəyişik etdim. Vedat Karakuş da yaxşı oynadı, penaltini dəf etdi, qurtarışlar etdi. O, "mən də bu rəqabətdə varam" dedi".

Xatırladaq ki, Şahruddin ötən gün keçirilən matçda ilk qolu 20-ci dəqiqədə cərimə zərbəsindən buraxıb. İkinci qol zamanı isə (33-cü dəq.) Məhəmmədəliyev ciddi səhvə yol verərək topu rəqibə ötürüb. “Alanyaspor”lu futbolçu isə hesabı 2:0 edib. Şahruddinin əvəzinə meydana çıxan Vedat Karakuş isə 76-cı dəqiqədə rəqibin penalti zərbəsini dəf edib və inamlı oyunu ilə yadda qalıb. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right