Azərbaycan Premyer Liqasının növbəti turunda “Qəbələ”ni qəbul edəcək “Neftçi” qarşı tərəfin müraciətinə müsbət cavab verib.
Newsport.az-ın məlumatına görə, oktyabrın 18-də “Bakcell Arena”da üz-üzə gəlməli olan rəqiblərin dueli İ.Qayıbov adına Bakixanov qesebe stadionunda baş tutacaq.
Bu məsələ ilə bağlı Neftçinin mətbuat xidmətinin rəhbəri Mehman Rəsulovun saytımıza verdiyi açıqlamada bunları deyib:"Qəbəl" klubu ilə danışıqlar olub və oyun böyük ehtimalla İ.Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək."Qəbələ" klubu Avropada ölkəmizi təmsil edir.Bu Azərbaycanın adıdır."Bakcell Arena"nın ot örtüyünün korlanmaması üçün belə etdik.Həm oynamaq üçün yaxşı vəziyyətdə olmalıdır, həm də yayım olacaq.Yenə deyirəm "Qəbələ" bu gün Azərbaycanı təmsil edir və belə olan halda çempionatda rəqiblik ikinci plana keçir.Önəmli olan ölkənin yüksək səviyyədə təmsil olunmasıdır".