Azər Bağırov: "Hakimlər öz üzərlərində işləməlidi

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasının 23-cü turunda səfərdə "Səbail"lə 2:2 hesablı heç-heçə edib.

Newsport.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Azər bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Maraqlı oyun keçdi. Hərdən coşub hakimlərin üstünə qışqırırıq. Amma bir tərəfdən də dəstək olmaq lazımdır.

- Kadirini fasilədə əvəzlədiz. Bu, nə ilə bağlı idi?

- Oyun planında mərkəzdə 2-3 gecikməsi oldu. Rəqib ondan top almaq istəyirdi. 4 gün bundan əvvəl yaxşı oyun keçirib. İstədik ki, ikinci hissədə sürəti artıraq. Onun yerinə Vandersonu öyünə buraxdıq. Mənə elə gəlir ki, pis dəyişiklik olmadı.

- 1 xala sevinirsiz, yoxsa məyus olursuz?

- Ümumi götürəndə səfərdə 1 xal pis deyil. Amma 2:1 öndə idik, hesabı qoruya bilərdik. Epizodlarımız oldu, fərqi artıra da bilərdik. Mənə elə gəlir ki, bu gün 2 xal itirdik.

- Orxan Əliyevin yüksələn performansını nə ilə əlaqələndirirsiz? Kapitanlığı ona verməklə bağlı ola bilər?

- Düşündük ki, yerlilərə daha çox təkan vermək lazımdır ki, özlərinə gəlsinlər. 3-4 gündən bir oyunlar futbolçulara fiziki cəhətdən pis təsir edirdi. Heyətimiz elə də geniş deyil ki, böyük dəyişikliklər edək.

- "Səbail"i mövsüm ərzində məğlub edə bilməmisiz. Bunu necə şərh edərdiniz?

- İlk oyunda hakim səhvi var idi. 45-ci dəqiqədə qapımıza penalti verdi. Bu gün deməzdim ciddi hakim səhvləri oldu. Amma elə şeylər var ki, referilər öz üzərlərində işləməlidirlər. "Səbail"lə 3 oyunun hamısında yaxşı oynamışıq. Yerli futbolçuların ustalıq tərəfini inkişaf etdirməliyik ki. Legionerlərimiz pis deyil. Bəxtsizliklə əlaqələndirmək olar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right