Azərbaycan – İtaliya oyununda çoxmillətli hakimlər briqadası

AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin son ev oyununun hakimləri açıqlanıb.

Newsport.az-ın məlumatına görə, oktyabrın 10-da İtaliyaya qarşı Bakıda keçiriləcək matçda beynəlmiləl hakimlər briqadası iş başında olacaq. 
 
Belə ki, Bakı Olimpiya stadionundakı görüşdə baş hakim şotlandiyalı Villiam Kollum fit çalacaq. Qapı arxasında qərarlaşacaq əlavə köməkçi hakimlər, eləcə də ehtiyat hakim də Şotlandiyanı təmsil edəcək. Amma yan xətt hakimlərinin biri İrlandiya, digəri isə Fransa vətəndaşı olacaq. 
 
AVRO-2016-nın seçmə mərhələsi

 

H qrupu
 

10 oktyabr
21:00. Azərbaycan – İtaliya
Baş hakim: Uillyam Kollum (Şotlandiya)
Baş hakimin köməkçiləri: Damyen Makqreyt (İrlandiya), Fransis Konnor (Fransa)
Əlavə köməkçi hakimlər: Robert Madden, Con Biton (hər ikisi Şotlandiya)
Dördüncü hakim: Alastayr Mater (Şotlandiya)
Hakim-inspektor: Marinus Kopman (Hollandiya)
UEFA nümayəndəsi: Aynar Leppanen (Finlandiya)
Bakı. Olimpiya stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right