Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Premyer Liqasının 7-ci turunun "İnter" - "Qarabağ" matçında baş verənlərə münasibət bildirib.
Newsport.az-ın məlumatına görə, o, bunları söyləyib:
"Elvin Əsgərov "Qarabağ"ın penaltini bilərəkdən kənara vurmasını özünə qarşı hörmətsizlik kimi qəbul edir. Amma buna müsbət məqam kimi baxmaq lazımdır. Bu feyr-pleydir. Özünə hörmət edən şəxs Qurban Qurbanovun bu jestini normal qəbul etməlidir. Hamı bilir ki, biz Qurban Qurbanovla ailəvi dostuq. Onun uşaqları məni baba çağırır. "Qarabağ"ın bu qərarı Elvinin xoşuna gəlməyib. Amma o da gəncdir, başa düşmək olar".