“Araz-Naxçıvan”da danışılmış oyunlarla bağlı seminar

“Araz-Naxçıvan”ın futbol akademiyasının U-15 və U-16 komandalarının üzvlərinə danışılmış oyunlarla və irqçiliklə bağlı seminar keçirilib.

Newsport.az xəbər verir ki, akademiyanın direktoru Sakit Rzayev AFFA-nın Lisenziyalaşdırma departamenti tərəfindən təqdim olunmuş əyani vəsaitlərlə komanda üzvlərini və məşqçilər heyətini tanış edib.

Hər iki neqativ hala qarşı mübarizə mövzusunda olduqca əhəmiyyətli məsələlər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb, suallar cavablandırılıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right