Danimarkalı hakim 3-cü dəfə “Qarabağ”ın oyununa təyinat alıb

“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliya klubu “Braqa” ilə ilk oyununu idarə edəcək danimarkalı Morten Kroq karyerası ərzində üçüncü dəfə Ağdam klubunun matçına təyinat alıb.

Newsport.az-ın məlumatına görə, 35 yaşlı referi daha əvvəl bir dəfə baş hakim, bir dəfə isə əlavə köməkçi hakim qismində “Qarabağ”ın qarşılaşmasında ədalət təmsilçiləri arasında olub.

Kroq ilk dəfə bu turnirin 2018/2019 mövsümünün qrup mərhələsində İngiltərə “Arsenal”ı ilə səfər görüşündə əlavə köməkçi rolunu oynayıb. Londondakı oyunda ev sahibləri 1:0 hesablı qələbə qazanıblar.

Danimarkalı 2021/2022 mövsümündə UEFA Konfrans Liqasının qrup mərhələsinin “Qarabağ” – “Omoniya” (Kipr) qarşılaşmasında isə baş hakim olub. 2:2 hesabı ilə nəticələnən matçda Azərbaycan klubunun heyətində Musa Qurbanlı, Toral Bayramov və Kadi Borges sarı vərəqə alıblar.

Ümumiyyətlə, Morten Kroq ölkədaxili yarışlar da olmaqla, karyerası ərzində 300-ə yaxın qarşılaşma idarə edib.

Qeyd edək ki, fevralın 15-də keçiriləcək “Braqa” - “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right