Millimiz Albaniya və Monteneqro ilə qarşılaşacaq

Minifutbol üzrə Azərbaycan millisi Monteneqronun paytaxtı Podqoritsa şəhərində keçiriləcək beynəlxalq turnirə dəvət alıb.

Newsport.az AMF-ə istinadən xəbər verir ki, 30 aprel - 1 may tarixlərində təşkil olunacaq yarışda seçməmizlə yanaşı son dünya çempionu Rumınya, Bosniya və Hersoqovina, Albaniya və Monteneqro komandaları iştirak edəcək.

Qeyd edək ki, turnirdən əvvəl komandamızın Monteneqronun Herseq Novi şəhərində bir həftəlik təlim-məşq toplanışı nəzərdə tutulub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right