Adil Şükürov: "Azər müəllim onu önə çəkdi ki, Gəncə futbolunun yetirməsidir, ona dəstək olun"

"Azarkeşlərimizə təşəkkür edirəm. Qol epizodlarımız oldu. Vaxtında qolları vura bilmədik. Rəqib əlinə düşən fürsətlərdən yararlandı. Qarşıdakı oyunlara hazırlaşmalıyıq. Belə oyunlar bizə daha da stimul verməlidir. Komandama inanıram. Daha yaxşı futbol oynayacağıq".

Newsport.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Adil Şükürov Premyer Liqanın 22-ci turunun "Səbail"lə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.

- Penalti epizodunu necə dəyərləndirirsiniz?

- Ondan öncəki epizoda baxmalıyıq. Kornerdə rəqib oyunçu Amil Yunanovu itələmişdi. Bizim penalti ilə bağlı etirazımız yoxdur. Sadəcə əvvəlki epizoda baxılmasını istəyirdik.

- Müdafiədəki boşluqların səbəbi nə idi?

- Komanda daha çox hücum edəndə, müdafiədə boşluqlar olur. Hər kəs həm hücum etməyə, həm də müdafiə olunmağa çalışırdı. 

- Oyundan sonra "Səbail"in məşqçisi Azər Məmmədovla "Kəpəz" azarkeşləri arasında gərginlik yaşandı. Orada nə baş vermişdi?

- Elə bir şey yox idi. Azər müəllim Cavadı önə çəkdi ki, Gəncə futbolunun yetirməsidir, ona dəstək olun.

- Klubun sponsorunun olmaması sizə necə təsir edir?

- Heç bir təsiri yoxdur. Bizim işimiz komandanı Premyer Liqada saxlamaqdır. Başqa heç nə barədə düşünmürürk. Bura gəlmişik, işimizi sona çatdırmalıyıq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right