Şahin Diniyev: "İlk hissədə havaya görə oynaya bilmirdik"

"Gərgin matç idi. Bu il qələbə qazanmamışdıq. Futbolçularda psixoloji təzyiq var idi. Bu vəziyyətdən çıxmaq lazım idi. İlk hissədə havaya görə oynaya bilmirdik. Futbolçular qaça bilmirdi. Əvəzetmələrimiz uğurlu oldu, bəhrəsini verdi. Bizim üçün çox vacib qələbə idi".

Newsport.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın 22-ci turunun "Kəpəz"lə görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.

- Dəyişiklikləri hansı zərurətdən etdiniz?

- Zədəlilərdən və yeni gələnlərdən sonra stabil heyəti qura bilmirik. Yeni oyunçuların üçü də yaxşıdır. Amma onlara zaman lazımdır. Qərara aldım ki, bu futbolçular oyunu gücləndirə bilər. Uğurlu əvəzetmələr oldu.

- Yadin Luqasiyə son zamanlar az şans verirsiz. Bunun səbəbi nədir?

- Müdafiə planında bir az axsayır. Bu gün Anasın olmaması oyunumuza çox təsir etdi. O, meydanda qara işləri görəndir. Luqasi də gənc oyunçudur. Öz şansını gözləyir.

- 2024-cü ildə ilk qələbənizi qazandınız. Başınızın üzərindəki "qara buludlar"ın dağıldığını düşünmək olar?

- Bu gün hava yaxşı idi. Artıq orta sıralarda möhkəmlənmişik. 3 illik llayihəmiz var. Hər il daha da irəli getməyi hədəfləyirik. Qara buludların olacağını düşünmürəm. 

- Dediz ki, 3 illik plan var. Sizinlə yeni müqavilə ilə bağlı danışıq olub?

- Müqavilə mənim üçün heç bir önəm kəsb etmir. Mənim istədiyim yaxşı komanda qurmaqdır. Alınmasa, müqaviləm 5 il olsa da, çıxıb gedərəm. Rəhbərliklə mütəmadi görüşürük. Planlarımızı, çatışmayan nüansları deyirik. 

- Üç illik layihəyə nələr daxildir?

- Akademiyanın köçürülməsi, stadionumuzun ot örtyünün dəyişdirilməsi planları var. Şəhərdən kənarda iki təbii örtüklü meydança salınacaq. Əhmədlidə akademiyamız üçün bina tikilib.

- Legioner limitinin dəyişdirilməsi müzakirə olunur. Bu mövzu ilə bağlı sizin fikriniz necədir?

- Klubların sayı artarsa, razıyam. Amma bu gün Azərbaycan futbolunu düşənməliyik. Milli komanda necə olacaq? İndiki halda hazırkı limitin qalmasının tərəfdarıyam.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right