“Kəpəz” – “Səbail” matçının VAR hakimi açıqlandı

Azərbaycan Premyer Liqasında XXII turun “Kəpəz” – “Səbail” oyununun VAR təyinatları müəyyənləşib. Newsport.az xəbər verir ki, günün yeganə qarşılaşmasında videotəkrara Rauf Cabarov baxacaq.

Kamran Bayramov isə Qəbələ şəhər stadionundakı görüşdə AVAR olacaq. Onlar matçın baş hakimi Nicat İsmayıllıya kömək edəcəklər.

Qeyd edək ki, bu gün keçiriləcək qarşılaşma saat 15:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right