Azərbaycanın U-17 millisinin Bakıda təlim-məşq toplanışı başlayıb

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Bakıda təlim-məşq toplanışı başlayıb.

Newsport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığmaya 24 oyunçu cəlb edilib.

Onların arasında Rusiya, Serbiya, İsveç və Almaniya klublarının üzvləri də var. Hazırlıq prosesi fevralın 16-dək davam edəcək.

Qeyd edək ki, Bakı toplanışından sonra Belarusun paytaxtı Minskdə təşkil olunacaq beynəlxalq turnirdə iştirak edəcək yekun heyət müəyyənləşəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right