“Braqa”nın baş məşqçisi: “Qarabağ”la çox çətin oyunumuz olacaq”

“Qarabağ”la çox çətin oyunumuz olacaq”.

Newsport.az xəbər verir ki, bunu Portuqaliyanın “Braqa” klubunun baş məşqçisi Artur Jorje UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçiriləcək oyun barədə danışarkən deyib.

52 yaşlı mütəxəssis vacib görüşə çıxacaqlarını bildirib: “Çempionatda “Sportinq”ə 0:5 hesablı məğlubiyyətə baxmayaraq, irəliyə baxmalıyıq. İndi təəssüflənmək vaxtı deyil. Bu nəticəni unutmaq və “Qarabağ”la görüşə köklənmək lazımdır”.

Qeyd edək ki, fevralın 15-də keçiriləcək “Braqa” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Cavab görüşü ayın 22-də Bakıda gerçəkləşəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right