Azərbaycan milli komandasının sabiq yarımmüdafiəçisi Elvin Məmmədov Rusiyanın ÇSKA klubunun Türkiyədə təlim-məşq toplanışında olub.
Newsport.az xəbər verir ki, Məmmədov B kateqoriyalı məşqçi kurslarını oxuyur və təcrübə qazanmaq üçün Moskva klubuna baş çəkib.
O, ÇSKA-nın baş məşqçisi Vladimir Fedotov və qapıçılar üzrə məşqçi Dmitri Kramarenko ilə görüşüb.
Hazırda "Səbail"in aşağı yaş qruplarından ibarət komandalarında çalışan yığmamızın keçmiş üzvü "Səbail"in formasını ÇSKA-nın məşqçilərinə hədiyyə edib.