"Qarabağ" əsas forvardına yeni müqavilə təklif edəcək

"Qarabağ"ın forvardı Olavio Juninyoya Avropa klublarından təkliflər gəlməkdədir.

Newsport.az saytına verilən məlumata görə, “Dinamo”nun da transfer siyahısında yer alan braziliyalı hücumçunun mövsüm sonunda komandasını dəyişib-dəyişməyəcəyi dəqiq deyil. Saytımıza verilən məlumata görə, Ağdam təmsilçisi Juninyonun müqavilə müddətini artırmağı planlaşdırır.

Bununla bağlı, futbolçunun özü ilə də danışıq olacaq. 27 yaşlı hüucmçunun “Qarabağ”la müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.

O, 2023-cü il iyulun 1-də “Çaveş”dən “Qarabağ”a keçib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right