Bolqarıstan yığmasının yarımmüdafiəçisi Aleksandr Tonev AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Xorvatiya və Azərbaycana qarşı keçirəcəkləri oyunlar öncəsi fikirlərini açıqlayıb.
Newsport.az-ın məlumatına görə, o, bunları söyləyib:
"Bizi iki çətin oyun gözləyir. Biri səfərdə xorvatlarla, digəri isə evdə azərbaycanlılarla. Qələbə qazanmaq şansı həmişə var. İndi biz xorvatlarla görüşü düşünrük. Ondan sonra isə Azərbaycanla oyuna köklənəcəyik".