“Qarabağ” Belarusda 5-ci oldu

“Qarabağ”ın 15 yaşadək futbolçulardan ibarət komandası Belarusun paytaxtı Minskdə təşkil olunan “Bizim gələcəyimiz” turnirində son oyununu keçirib.

Newsport.az xəbər verir ki, Vüqar Əsgərlinin baş məşqçisi olduğu U-15 5-ci yer uğrunda matçda Rusiyanın “Baltika” komandası ilə görüşüb.

Təmsilçimiz bu qarşılaşmada 1:0 hesabı ilə qalıb gəlib. Yeganə qola 28-ci dəqiqədə Murad Əmirxanov imza atıb. O, penaltidən dəqiq istifadə edib. Bu qələbə ilə “Qarabağ” turniri 5-ci yerdə başa vurub.

Qeyd edək ki, “Qarabağ” qrup mərhələsində Rusiya təmsilçiləri “Zvezda” və “Olimpik”i eyni – 2:0 hesabı ilə məğlub edib, Belarusun BATE komandası ilə bərabərə qalıb – 1:1. 1/4 finalda Belarus təmsilçisi ROEM-BDU ilə qolsuz heç-heçə edən “Qarabağ” penaltilər seriyasında 6:7 hesabı ilə uduzub. 5-8-ci yerlər uğrunda matçda isə komanda yerli “İsloç”a 1:0 hesabı ilə qalib gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right