Miodraq Bojoviç: "Bu barədə mən danışmamalıyam"

“Oyuna yaxşı başladıq. Bir neçə yaxşı qol epizodumuz var idi. Eyni zamanda "Sumqayıt" da yaxşı oynayırdı. Onlara qibtə etmək üçün səbəblər var. VAR görüntüsü ilə bağlı bir neçə vəziyyət oldu. Ola bilsin ki, bu məqamlar oyunun tempini aşağı salırdı. İkinci yarı da azarkeşlər üçün maraqlı oldu. Bizim üçün bir az əsəbi keçdi. Çünki başa düşürdük ki, ikinci qolu buraxsaq, əlavə dəqiqələr oynamağa məcbur olacağıq. Yaxşı ki, buraxmadıq və növbəti mərhələyə adladıq. 15 yaşı tamam olan "Forza Neftçi" azarkeş qrupunu da təbrik edirəm. Bu gün bizə ciddi şəkildə dəstək göstərdilər".

Newsport.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç ölkə kubokunun 1/4 final mərhələsinin "Sumqayıt"la cavab oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını da cavablandırıb.

- Lukas Melanoya şans verilmir. Bu nə ilə bağlıdır? O, sizin oyun stilinizə uyğun gəlmir?

Melano çoxdandır ki, zədəlidir. Fiziki durumunu bərpa edir.

- Brayan Moreno və Yeqor Boqomolski hücumda yaxşı çıxış etmir. Amma əvəzedici heyətdə oynayan Ağadadaş Salyanski hər görüşdə qol vurur. Ona şans vermək olmaz?

Ağadadaş bizimlə işləyib. Ona diqqətlə baxacağıq. Əsas heyətə cəlb edilməsi haqda düşünəcəyik.

- Mərhələ adladız. Bəs, komandanın oyunu və nailiyyət size razı salıd? 

- Kubok elədir ki, cəmi 1-2 oyununuz olur. Əsas olan mərhələ adlamaqdır. Heç vaxt oynadığımız oyun ürəyimcə deyil. Daha yaxşı oynamağımızı istəyərdim. Biz layiqli şəkildə qələbə qazandıq. Oyuna diqqətli baxanlar gördü ki, oyunda qeyri-müəyyən, anlaşılmaz olan bir neçə məqam var idi.

- Rusiyada uğurlarınız daha çox kubokla bağlı idi. Azərbaycan kubokunda finala gedən yolu necə dəyərləndirirsiz? Yarımfinalda "Qarabağ"la qarşılaşacaqsız...

- Kubokda hər şey mümkündür. İnanırıq ki, yaxşı nəticə göstərə bilərik. Amma biz növbəti oyunumuzu "Araz-Naxçıvan"la oynayacağıq. "Qarabağ"la oyuna iki ay vaxt var.

- Dediniz ki, oyunda qeyri-müəyyənlik var idi. Bu, hakimliklə bağlıdır?  

- Oyuna diqqətlə baxmısınızsa, məncə, bu artıq aydındır. Bu barədə mən danışmamalıyam.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right