Samir Abasov: "Futbolçularımın oyunundan zövq aldım"

“Bu gün mərhələni keçə bilməsək də, futbolçularımın oyunundan zövq aldım. Çox yaxşı oynadılar. Zədəlilərimiz var idi, sistemimizi də dəyişdik. Futbolçularımın udmaq istəyini gördüm. Rəqibi təbrik edib, qarşıdakı matçlarda uğurlar arzulayıram”.

Newsport.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov ölkə kubokunun 1/4 final mərhələsinin "Neftçi" ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını da cavablandırıb.

- Doqquz gündə eyni rəqiblə 3 dəfə oynamaq yorucu oldu?

- Zərrə qədər də yorucu olmadı. “Neftçi” digər oyunları da bu heyətlə oynamışdı. Oyun üslubu da eyni idi. Məşqçilər olaraq çətinlik çəkmədik. Uşaqların bu üç oyunu eyni tonusda saxlaması çox xoş idi. Futbolçularım mərhələni keçmək istəyirdi. Amma bu vaxta qədər futbolçularımın göstərdiyi oyun  zövq evrdi.

- Kubokdan kənarda qaldığınıza görə yüngüllük olacaq?

- Olacaq. İki gün bərpaya getsə, cəmi bir günümüz qalacaq. Özü də vacib oyuna çıxacağıq. Hər şey bu oyunla bitməyəcək. 

- Mərhələni keçə bilməməyinizi nəyə bağlayırsız? Hakimlikdən razı qaldız?

- Heç nəyə bağlamırıq. Səmimi olmağa çalışıram. Deyim ki, bəzi vəziyyətlərdə rəqiblə bağlayım. Bununla da bağlamazdım. Rəqibi təbrik edirəm. Amma bunu rəqibə də bağlamazdım ki, ona görə uduzduq. Sadəcə, birinci oyundakı səhvlərimiz bu yerə çatdırdı. Bu oyunu da çıxara bilərdik. Başabaş oyun getdi. Bəzi vəziyyətlərdə daha üstün oyunumuz göründü. "Sumqayıt" bu yolu tutubsa, qələbə də, məğlubiyyət də olacaq. Yeni komanda üçün çətindir. Komandan bu cür oynamağa başlasa, ondan sonra rəqiblərə çətin olar.

- Bəzi epizodlarda hakim avantaja buraxmırdı, halbuki əks-hücumlara çıxa bilərdiz...

- Doğrudur. Dördüncü hakimə minnətdaram. Çox anlayışlı idi. İlk dəfə idi ki, etdiyim etirazlara hakim razılıq verirdi. Sadəcə, reallıq o idi ki, turnirlər arasında seçim edərdim. Şəhərin qabağında cavab verirəm. Hər oyuna futbolçularımı qələbəyə kökləyirəm.

- Transfer pəncərəsi artıq bitdi. Demişdiz ki, axtarışdayıq. Azad agent olan futbolçularla danışıqlar davam etdirilir?

- Çox çətin durumdayıq. Bu suala mənə gəlir. Azad agent statusunda olan futbolçular hansı səviyyədədir? O qədər oyunçu təklif edilir ki. Skandinaviya ölkələrində liqa noyabrda bitib. Fiziki durumları bizə kömək edəcək? Axtarışdayıq. Bura gəlməmişdən qabaq da iki oyunçuya təklif etdilər, baxa bilməmişik. Amma yenə baxacağıq. Kasad heyətlə problemlər yaşaya bilərik. İlin bu problemlər gözə görünmürdü. Bu, rəqiblərlə bağlı ola bilərdi. Amma gözə görünəcək. Bütün komandalar oyunlarda mübarizə aparır. Problem yaşayacağıq. Yoxdursa, təslim olmayacağıq. 

- Çempionat matçından sonra demişdiz ki, futbolçular oyunu çıxaracaqlarına mənə söz vermişdi. Həmin söz bu oyundan qabaq da verilmişdi? 

- Ad günü ərəfəsi idi. Uşaqlar da kubok oyununda 2 qol vurduqdan sonra motivasiyalı idi. Stadion təmirdən çıxmışdı, oyunumuza çox adam gələcəkdi, yükləmişdik onları. Onlar da bizə söz vermişdi. Həmin oyunu futbolçular çıxardı. Həmin oyunla əlaqəm yox idi. Amma məşqçi də oyunlarda ortaya çıxmalıdır. Əfsuslar ki, bunu edə bilmədim.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right