Elmar Baxşıyev: "Nəticə və oyun baxımından daha yaxşı "Qəbələ" görəcəyik"

"Qəbələ" Azərbaycan Kuboku 1/4 final mərhələsinin cavab görüşündə "Araz-Naxçıvan"ı 2:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.

Newsport.az xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqçisi Elmar Baxşıyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Yaxşı mübarizəli oyuna şahidlik etdik. Hər iki komanda meydanda mübarizə apardı. Sevindirici haldır ki, oyundan qopmadıq. Komanda hər iki hissədə istədiyimiz oyunu göstərməyə çalışırdı. Düşünürəm ki, layiqli qələbə qazandıq. Yolumuza davam edirik. Komandamı təbrik edirəm.

- Bu qələbədən sonra artıq tilsimin qırıldığını demək olar?

- Daha yaxşı olmağa çalışmaq lazımdır. Komanda məşqlərdə bizə bunu nümayiş etdirir. Bilirik ki, bu durumdan çıxmalıyıq. Komandaya inanırıq. Getdikcə nəticə və oyun baxımından daha yaxşı "Qəbələ" görəcəyik.

- Ötən mövsüm Premyer Liqada qalmaq uğrunda mübarizə aparan "Səbail" kubokda yarımfinala çıxmışdı. Həmin vaxt Şahin Diniyev bildirmişdi ki, Premyer Liqada qalmaq üçün kuboku qurban verməyə hazıram. Siz necə düşünürsünüz?

- İndiki halda çətin durumdayıq. Amma nə mən, nə də komanda heç bir turniri ayırmır. Hər iki turnirdə sona kimi çalışacağıq. Qismətdə nə varsa, o da olacaq.

- Transfer gözlənilir?

- Gündəmdədir. Axtarışlarımız davam edir. Düşünürəm ki, transfer mümkündür.

- Legioner limitinin dəyişdirilməsi təklif olunur. Sizin fikriniz necədir?

- İki tərəfdən yanaşmaq olar. Limiti tam götürmək də olar. Büdcəsi yaxşı olan klublar legioner limitinin daha çox olmasını istəyərlər. Amma azərbaycanlı oyunçuları, millini də düşünmək məcburiyyətindəyik. İndiki limit münasibdir. Belə davam etmək daha uyğundur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right