Premyer Liqada təxirə salınan oyunun vaxtı açıqlandı

Azərbaycan Premyer Liqasının XXIII turundan təxirə salınmış “Qəbələ” – “Qarabağ” oyununun tarixi müəyyənləşib.

Newsport.az xəbər verir ki, Peşəkar Futbol Liqası qarşılaşmanın vaxtını açıqlayıb.

Görüş fevralın 28-də Qəbələ şəhər stadionunda reallaşacaq. Matçın start fiti saat 19:00-da səslənəcək.

Qeyd edək ki, hazırda “Qarabağ” Premyer Liqaya liderlik edir, “Qəbələ” isə sonuncu pillədə qərarlaşır.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right