"Neftçi"nin futbolçusu 1 oyunluq cəzalandı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Newsport.az-ın məlumatına görə, aparılan müzakirələrdən sonra Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən ölkə çempionatının 7-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Zirə” – “Neftçi” matçının 69-cu dəqiqəsində “Neftçi”nin futbolçusu Etibar Süleymanov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 100 manat cərimə olunub.

"Kəpəz” - “Sumqayıt” matçında “Kəpəz”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.

"Qəbələ” - “Xəzər Lənkəran” matçında “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right