"Azərbaycan millisi ilə bağlı xoş olmayan xatirələrimiz var" Françesko Kaltsona

"C divizionunda FİFA reytinqi ən yüksək olan İsveçdir. Bu komanda ilə son oyunda heç-heçə etmişik".

Newsport.az xəbər verir ki, bu sözləri UEFA Millətlər Liqasının qrup mərhələsində Azərbaycan millisinin rəqiblərindən olan Slovakiya yığmasının baş məşqçisi Françesko Kaltsona deyib.

Ötən gün keçirilən püşkatmanı dəyərləndirən italiyalı mütəxəssis 2022-ci ildə Millətlər Liqasında Azərbaycan millisinə uduzduqları (1:2) oyunu xatırladıb: 

"Azərbaycan millisi ilə bağlı xoş olmayan xatirələrimiz var. Çünki rəhbərliyim altında ilk oyunu Azərbaycan millisi il keçirmişik və məğlub olmuşuq. İsveç, Estoniya və Azərbaycan Avro-2024-ün seçmə mərhələsində bir qrupda yer alıblar". 

F.Qaltsona Millətlər Liqasının dünya çempionatına vəsiqə üçün yaxşı fürsət olduğunu da bildirib: "Millətlər Liqasında maksimum gücümüzlə oynamalıyıq. Çünki dünya çempionatına vəsiqə qazanmaq şansımız var. Estoniya qrupda qazandığı qələbələrə görə pley-offa vəsiqə qazanmışdı". 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right