Hakimləri təhqir etdi, 5 oyunluq cəzalandı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Newsport.az-ın məlumatına görə, aparılan müzakirələrdən sonra 1-ci divizionun 4-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

MOİK – “Mil-Muğan” matçında “Mil-Muğan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

“Şəmkir” – “Ağsu” matçının 70-ci dəqiqəsində “Ağsu”nun inzibatçısı Ənvər Hacıyev hakimlər briqadasın təhqir etdiyinə görə 5 oyunluq cəzalanıb, klubu 500 manat cərimə olunub.

“Turan-Tovuz” – “Bakılı” matçında “Bakılı”nın 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

"Qaradağ Lökbatan” – “Bakı” matçında “Bakı”nın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

"Ağsu” – “Zaqatala” matçında “Ağsu”nun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 16-cı dəqiqəsində “Zaqatala”nın futbolçusu Elçin Süleymanov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right