"Sabah"ın məşqçisi: "Çalışırdıq ki, əks-hücumlarda oynayaq"

"Sabah" Azərbaycan Kuboku 1/4 final mərhələsinin cavab oyununda "Qarabağ"ı 4:3 hesabı ilə məğlub etsə də, turnirdə mübarizəni dayandırıb.

Newsport.az xəbər verir ki, Masazır təmsilçisinin məşqçisi Ruslan Qafitullin matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verib:

"Birinci oyunda hesabın böyük olmasına baxmayaraq, futbolçularda bu gün motivasiya başqa cür idi. Bir dəyişiklik oldu. "Qarabağ"ı daha çox orta zonada qarşılayırdıq. Çalışırdıq ki, əks-hücumlarda oynayaq. Bəzi epizodlar alınırdı, bəziləri alınmırdı. Bunun üzərində işləmək lazımdır".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right