"Kəpəz" "Araz-Naxçıvan"la matça ciddi itkilərlə çıxacaq

"Kəpəz" Azərbaycan Premyer Liqasının 21-ci turunda "Araz-Naxçıvan"ı qəbul edəcək.

Newsport.az xəbər verir ki, Gəncə təmsilçisi bu görüşə itkilərlə çıxacaq.

"Sarı-göylər"də Yeqor Xvalko, Mate Kvirkiya və Elmir Tağıyev komandaya kömək edə bilməyəcək. Onlar sarı vərəqə limitini doldurduğu üçün cəzalı durumdadır.

Qeyd edək ki, "Kəpəz" - "Araz-Naxçıvan" qarşılaşması bu gün saat 15:00-da Qəbələ şəhər stadionunda baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right