Futbol üzrə Portuqaliya Premyer Liqasında 20-ci turun görüşləri keçirilir.
Newsport.az xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Braqa" doğma meydanda "Moreyrense"ni qəbul edib. Qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
20 turdan sonra 40 xal toplayan "Braqa" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Qeyd edək ki, "Qarabağ" "Braqa" ilə oyunu fevralın 15-də səfərdə keçirəcək. Komandalar arasında cavab görüşü bir həftə sonra Bakıda baş tutacaq.