İspaniyanın "Eybar" klubunun yarımmüdafiəçisi Eddi İsrafilov Azərbaycan yığmasının ötən gün baş tutan ilk məşqində iştirak etməyib.
Newsport.az-ın məlumatına görə, buna səbəb futbolçunun Bakıya yenicə gəlməsidir. Bu üzdən də İsrafilov ilk məşqinə bu gün çıxacaq.
Qeyd edək ki, millimiz ötən gündən etibarən AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində qarşılaşacağı İtaliya (10 oktyabr) və Bolqarıstanla (13 oktyabr) oyunlara hazırlıq məqsədi ilə təlim-məşq toplanışına başlayıb.