Yenilənmiş "Mehdi Hüseynzadə" stadionunda 10 il sonra ilk oyun

Bu gün Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurmadan sonra ilk oyun keçiriləcək.

Newsport.az xəbər verir ki, "Sumqayıt" Misli Premyer Liqasının 21-ci tur oyununda "Neftçi"ni bu arenada qəbul edəcək. Bu, 10 illik fasilədən sonra yenilənmiş həmin arenada ilk oyun olacaq.

 

 

Saat 15:00-da başlayacaq matça maraq böyükdür. 

Açılış maçından əvvəl konsert proqramı da təşkil olunacaq.

Qeyd edək ki, "Sumqayıt" bu stadionda sonuncu dəfə 2014-cü ildə oyun keçirib. Premyer Liqanın matçında "Qarabağ"ı qəbul edən "Sumqayıt" 1:0 hesablı qələbə qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right