Gürcüstan millisinin veteran müdafiəçisi Berdiyev haqda: "Azərbaycan millisi üçün yaxşı namizəddi"

Gürcüstan milli komandasının və "İnter"in (indiki “Şamaxı”) sabiq müdafiəçisi Laşa Salukvadze Kurban Berdıyevin Azərbaycan milli komandasına baş məşqçi təyin olunmaq ehtimalı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Newsport.az xəbər verir ki, "metaratings.ru"ya danışan gürcü veteran 2005-2010-cu illərdə "Rubin"də birlikdə çalışdığı Berdıyev barədə bunları söyləyib:

"Azərbaycan millisi üçün yaxşı namizəddir. Hamı bilir ki, Berdıyev yaxşı məşqçidir. O, təkcə Azərbaycan millisinə deyil, bütün yığma komandalara kömək edə bilər. Onun təyinatı Azərbaycan millisinin xeyrinə olacaq".

42 yaşlı sabiq futbolçu “Lokomotiv”(Tbilisi), “Dinamo”(Tbilisi), “Rubin”, “Volqa”, “Dila”, “SKA-Energiya”da oynadıqdan sonra 2013-cü ildə “İnter”ə keçmiş və üç il Azərbaycanda legioner həyatı yaşamışdı.O, 2004-2015-ci illərdə Gürcüstan millisinin şərəfini qoruyub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right