AFFA A kateqoriyalı məşqçi kursu keçirəcək

Oktyabrın 19-dan 23-dək (birinci mərhələ), noyabrın 2-dən 6-dək (ikinci mərhələ), 16-dan 20-dək (üçüncü mərhələ) və noyabrın 30-dan dekabrın 12-dək (dördüncü və beşinci mərhələlər) Bakı şəhərində AFFA tərəfindən UEFA-nın "A" kateqoriyalı məşqçi kursu keçiriləcək.

Newsport.az-ın məlumatına görə, kursda iştirak etmək üçün aşağıdakılar tələb olunur:

1. Ərizə
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Sağlamlıq haqqında arayış
4. 2 ədəd şəkil (3x4)
5. "B" Lisenziya və diplomun surəti

Kursda iştirak üçün ödənişin məbləği 2000 manatdır. Ödəniş nağd və ya köçurmə yolu ilə aparıla bilər.

Həftənin I-V günləri saat 9:00-dan 18:00-dək müraciət etmək olar.

Sənədlər oktyabrın 15-dək qəbul olunur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right