“Lion”un sabiq futbolçusu Azərbaycan klubuna “yox” dedi

Fransalı vinger Lamine Qezali Azərbaycandan təklif alıb. Newsport.az Rumıniya mətbuatına istinadən xəbər verir ki, 24 yaşlı futbolçu adı açıqlanmayan Premyer Liqa təmsilçisinin maraq dairəsinə düşüb.

Qezalinin son klubu olan Rumıniya “Dinamo”sunun rəsmisi Andrey Nikolesku da məlumatı təsdiqləyib. O, Azərbaycanla yanaşı, Şimali Makedoniya, həmçinin İspaniya “Deportivo”sundan təklif aldıqlarını açıqlayıb.

Ancaq oyunçu bu variantların hamısına “yox” cavabını verib. O, karyerasını Yunanıstanda davam etdirməyi üstün tutub. Qezal “Levadiakos” klubu ilə 6 aylıq müqavilə imzalayıb.

Qeyd edək ki, “Sent-Etyen”in yetirməsi olan Lamine Qezali bu komanda ilə yanaşı, ölkəsində “Şatoru” və “Lion”un da formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right