"Neftçi"nin 40-cı səfər qələbəsi

“Neftçi” Azərbaycan Kubokunda 40-cı səfər qələbəsini qazanıb.

Newsport.az PFL-in saytına istinadən xəbər verir ki, bu, 1/4 final mərhələsinin ilk oyununa təsadüf edib.

Miodraq Bojoviçin ölkə kubokundakı debüt matçında onun yetirmələri “Sumqayıt”a qalib gəlib – 3:2. Bununla da paytaxt təmsilçisi 1992-ci ildən keçirilən yarışda çıxdığı 79-cu səfər görüşündə 40-cı qələbəsini əldə edib.

Qeyd edək ki, “Neftçi” Azərbaycan kuboku tarixində rəqib meydanında ən çox qələbə qazanan komandadır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right