Azərbaycan yığması bu gündən etibarən təlim-məşq toplanışına yığışır.
Newsport.az-ın məlumatına görə, millimiz AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində qarşılaşacağı İtaliya (10 oktyabr) və Bolqarıstanla (13 oktyabr) oyunlara hazırlaşacaq.
Artıq milliyə dəvət alan bütün futbolçular Bakıya gəlib. Baş məşqçi Robert Prosineçki komandamızı mili üçün "Dalğa Arena"da yenicə inşa olunan bazada bir araya gətirəcək. Amma məşqlər İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutacaq.