Azərbaycan Kuboku: Daha 2 oyuna təyinat

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha iki oyununun VAR təyinatları müəyyənləşib. Newsport.az xəbər verir ki, bu gün keçiriləcək “Araz-Naxçıvan” – “Qəbələ” görüşündə bu funksiyanı Elçin Məsiyev yerinə yetirəcək.

Görüşün AVAR-ı Pərvin Talıbov olacaq.

“Sumqayıt” – “Neftçi” oyununda isə Cavid Cəlilov VAR, Rahil Ramazanov AVAR kimi iş başında olacaq.

Qeyd edək ki, “Araz-Naxçıvan” – “Qəbələ” oyunu saat 16:00-da, “Sumqayıt” – “Neftçi” görüşü isə 19:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right